image-2000x150
image-media-ed7c0e2f-f24a-4cf7-9684-8daa1b1e2ab8-2hiakqgwxrv8pbey4m75-620x460backend

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır

image-728x90

Martın 1də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu vəYaşıl Enerji Məşvərət Şurası çərçivəsindənazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib.

Avropa məkanında çox böyük maraqla qarşılanan bu müsahibədə ölkə başçısı bir neçə mühüm əhəmiyətli məqama aydınlıq gətirib. Qeyd edilib ki, layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də ölkəmizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başlandı. Artıq uzunluğu 3500 kilometr olan kəmər reallığa çevrilib.

Bu layihə getdikcə daha çox ölkələri əhatə edir. Hazırda Azərbaycanın təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları vardır. Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişibPrezidentin də bildirdiyi kimi on il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

Müsahibədə bu il noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı sual da cavablandırıldı. Qeyd edildi ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.

Hər il Xəzər dənizi getdikcə daha da dayazlaşır. İqlim dəyişiklikləri və onların təhlükəli fəsadları hiss olunmaqdadır. Belə ki, tədricən çaylarda suyun, dağlarda qarın səviyyəsi azalır,  Xəzər dənizində suyun səviyyəsi aşağı düşür. Ona görə də bu bəşəri təhlükənin qarşısının alınması üçün birgə səylər görülməlidir.

Prezident İlham Əliyev müsahibəsində bildirdi ki: “Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.

Müsahibəsinin sonunda ölkə başçısı qeyd etdiki, “Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram kimesajım eşidiləcək.

image-40ec9438-9af5-41cc-bc29-1f3446aa9b34

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90