image-2000x150
image-5backend

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı uğurla inkişaf edir

image-728x90

Azərbaycan dövləti Cənubi Qafqazda davamlı sülhün və inkişafın bərqərar olması üçün öz səylərini davam etdirir. Həmçinin mayın 25-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri də bu istiqamətdə atılmış növbəti addım kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində dövlətimizin başçısı Cənab İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Cənab Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu gün artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı uğurla inkişaf edir. Burada qurulmuş münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlararası münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Həmçinin qeyd edək ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə, qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb.
Bildirək ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi və əlbəttə ki, malik olduğu nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olan Azərbaycan hazırda on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdirərək yükaşırmaların həcmi 25 milyon tona çatdırmağı planlaşdırır. Bu gün Azərbaycanın reallaşdırılması üçün xüsusi səy göstərdiyi strateji logistik layihələrdən biri də Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır. Regional nəqliyyat şəbəkələrini daha da genişləndirəcək bu dəhliz Cənubi Qafqaz ölkələrinə mühüm imkanlar açacaq, Şimal-Cənub Beynəlxalq Dəhlizinin və Orta Dəhlizinin əhəmiyyətini artıracaq. Perspektivdə regional əməkdaşlıq bütün Cənubi Qafqazda sülhü davamlı və möhkəm edəcək, münaqişəsiz mühitin əhəmiyyətini önə çıxaracaq. Azərbaycanın regional siyasətindən əsas gözləntisi də budur. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa və sülh sazişini imzalayarsa regional əməkdaşlıqdan ciddi iqtisadi qazanc əldə edə bilər. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi öz aktuallığını qoruyur və münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında real imkanlar yaranıb.

Nəsimi rayon Ağsaqqallar Şuraaının üzvü
Həmidov İmamverdi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90