image-2000x150
image-1682611217_cahangir-tezesi-6-2backend

Azərbaycanı qınayanların heç bir məntiqi yoxdur

image-728x90

“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsi yaratması bəzi ölkələri niyə bu qədər narahat edib, maraqlıdır. Azərbaycan həmin yolda nəzarət buraxılış məntəqəsi yaratmaqla Qarabağ ermənilərinin yolunu kəsməyib və onların hərəkətinə qadağa qoymayıb ki, Amerikadan tutmuş Avropaya qədər hər kəs Azərbaycanın üstünə düşüb. Azərbaycan dəfələrlə bəyan edib ki, yoldan Qarabağın erməni sakinləri istifadə edə bilər. Sadəcə nəzarət buraxılış məntəqəsi Qarabağa qeyri-qanuni səfərlər, Ermənistan tərəfindən silah-sursat, minaların daşınmasının qarşısını almaq məqsədilə yaradılıb və bu da sırf Azərbaycanın haqqıdır”.

Bu fikirləri Newscenter.az-a sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. Cahangir Hüseynov bildirib ki, Xankəndi-Laçın yolunun Şuşa ərazisindən keçən hissəsindən hər gün onlarla avtomobil, Rusiya sülhməramlılarının ərzaq təminatı maşınları, BQXK-nin avtomobilləri hərəkət edir və onlara Azərbaycan tərəfi heç bir əngəl yaratmır:

“Həmin yoldan sadə ermənilər də rahat şəkildə istifadə edə bilirlər. Maraqlıdır ki, Azərbaycanın bu humanist missiyasını görməməzlikdən gələn xarici dövlətlər, ancaq yeni nəzarət buraxılış məntəqəsinin yaradılması zamanı dərhal hərəkətə keçir, bunun düzgün addım olmadığını iddia edirlər: “Əgər ölkələr arasında sərhəd buraxılış məntəqəsinin olması vacib deyilsə, o zaman Avropa ölkələri nə üçün bir-birinin sərhədində belə məntəqələr yaradıblar. O zaman ləğv etsinlər də, niyə ləğv etmirlər. Əgər sərhəd nəzarətsiz olarsa və istənilən şəxs, terrorçu, narkotacir və s. əlini-qolunu sallayıb rahat şəkildə bir ölkədən digər ölkəyə keçə bilərsə, o zaman hər bir ölkədə böyük bir xaos, anarxiya yarana bilər. Ona görə də hesab edirəm ki, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin yaradılmasına görə, Azərbaycanı qınayanların heç bir məntiqi, sələndirdikləri bəyanatların da heç bir əsası yoxdur”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90