image-2000x150
image-716399image1backend

Azərbaycanı hədəfə almışdı – O isimdən Kılıçdaroğluna ağır sözlər

image-728x90

Türkiyə müxalifəti və CHP-yə yaxınlığı ilə tanınan jurnalist Fatih Portakal seçkilərlə bağlı diqqətçəkən çağırış edib.

Ulusal.az xəbər verir ki, jurnalist CHP sədri və Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu istefaya çağırıb.

“Kılıçdaroğlu “inanıram” deyərək, hələ də ayaqda olduğu mesajını verdi. Yerində edilmiş davranışdır. Mənim ona bir təklifim var, bu, daha məqsədəuyğun və təsirlidir. Dərhal CHP başqanlığından getsin və müstəqil olduğunu bəyan etsin. Mayın 28-də seçkiyə belə getsin. Onsuz da qalib gəlsəydi, partiyanı tərk etməli olacaqdı. Uduzanda da CHP-nin başında durmamalıdır. Həm yaşına görə, həm də bəlkə də məğlub olmuş lider kimi partiyaya rəhbərlik edə bilməyəcək. Bu, qərarsız seçicilərə təsir, insanları yenidən seçkiyə cəlb edə bilər. İtirəcək nəyi qalıb? İnsanlar onun haqda “mübarizəsini apardı” deyə danışacaqlar”, – Portakal bildirib.

Jurnalist Azərbaycan cəmiyyətinə ölkəmiz əleyhinə yanaşması ilə tanışdır. Mayın 14-də sosial mediada verdiyi açıqlamasında Azərbaycanın Türkiyənin dostu olmadığını iddia etmişdi. Yersiz açıqlaması ölkəmizdə etirazlara səbəb olmuşdu.Teleqraf.com

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90