image-rt-reklam
image-1backend

Azərbaycanda yeni qanun — Heç bir şirkət əsl sahibini gizlədə bilməyəcək

image-728x90

Bu ilin may ayında qəbul edilən yeni qanuna görə, Azərbaycanda şirkətlər “gerçək sahibləri” barədə daha şəffaf məlumatları təqdim etməlidir. 2025-ci il mayın 15-dən qüvvəyə minmiş yeni qanun dəyişikliyi ilə hüquqi şəxslərin, yəni şirkətlərin və təşkitların arxasında kimlərin dayandığı, onları kimlərin idarə etdiyi, kimlərin qazanc götürdüyü aydın şəkildə müəyyən ediləcək.

Dəyişikliyinə əsasən, şirkətlər öz benefisiar mülkiyyətçiləri barədə məlumatları dövlət orqanlarına təqdim etməli olacaqlar.

Benefisiar mülkiyyətçi nədir?

Ulusal.az-ın Modern.az-a istinadən məlumatına görə, qanunda deyilir ki, benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs və ya şəxslər nəzərdə tutulur.

Daha sadə formada desək, benefisar mülkiyyətçi şirkətin arxasındakı həqiqi sahibdir. Yəni sənəd üzərində deyil, son nəticədə o şirkətə nəzarət edən və qazanc götürən fiziki şəxsdir. Məsələn, şirkətin sahibi A adlı şəxsdir, amma bütün qərarları qəbul edən və qazanc götürən şəxs B-dirsə, burada B adlı şəxs benefisiar mülkiyyətçi hesab edilir.

Kimlər benefisiar mülkiyyətçi hesab olunur?

Yeni qanunvericiliyə əsasən, hüquqi şəxsə nəzarət edən və ya ondan gəlir götürən aşağıdakı şəxslər benefisiar mülkiyyətçi hesab edilir:

Şirkət payçısı olan şəxs – əgər fiziki şəxs bir hüquqi şəxsin nizamnamə kapitalının və ya səsvermə hüququnun azı 10 faizinə sahibdirsə, o, benefisiar mülkiyyətçidir;

Dolayı nəzarət edən şəxs – şirkətə birbaşa deyil, vasitəçi qurumlar və ya şəxslər üzərindən nəzarət edən və qərarları yönləndirən şəxs də benefisiar sayılır;

Müqavilə əsasında təsir göstərən şəxs – rəsmi pay sahibi olmasa belə, müqavilə və ya başqa hüquqi əsasla şirkət qərarlarına mühüm təsir göstərən şəxs benefisiar hesab edilir;

Rəhbər şəxs – əgər benefisiar mülkiyyətçi müəyyən edilə bilmirsə, həmin şirkətə rəhbərlik edən şəxs (məsələn, direktor və ya icraçı) benefisiar kimi tanınır;

Xarici hüquqi təsisatlarda – trast və ya oxşar xarici qurumlar üçün təsisçi, idarəçi, benefisiar (və ya benefisiarlar qrupu), habelə effektiv nəzarəti həyata keçirən istənilən fiziki şəxs benefisiar sayılır.

Yeni qaydalara görə, artıq hər bir hüquqi şəxs və xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikləri real sahibləri, yəni benefisiar mülkiyyətçiləri barədə dəqiq və təsdiqlənmiş məlumatlara malik olmalı, həmin məlumatları lazımi qurumlara təqdim etməlidir. Bu məlumatlar şəxsin adı, soyadı, doğum tarixi, vətəndaşlığı, yaşayış ünvanı və şirkətə təsir imkanlarını əhatə edir. Əgər həmin şəxs siyasi vəzifə tutan biri ilə qohumluq və ya yaxın münasibətdədirsə, bu da qeyd olunmalıdır.

bütün şirkətlərə də şamil olunur. Müəssisələrin ölçüsünə görə məlumat təqdim etmək üçün son tarixlər müəyyən olunub. İri sahibkarlıq subyektləri bu məlumatları 2025-ci ilin sonunadək, mikro sahibkarlar isə 2027-ci ilin sonunadək təqdim etməlidirlər.

Yeni tələblər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq qəbul edilib və beynəlxalq maliyyə təhlükəsizliyi standartlarına uyğunluq məqsədi daşıyır. Məlumatların ictimaiyyətə açıq olmayacağı, yalnız aidiyyəti dövlət qurumlarının bu məlumatlara çıxış imkanının olacağı da qeyd edilib.

Maliyyə monitorinqi orqanı təqdim edilən məlumatları yoxlamaq səlahiyyətinə malikdir. Əgər şübhəli məqamlar aşkar olunarsa, şirkətdən əlavə sənədlər tələb edilə bilər və bu sənədlər 3 iş günü ərzində monitorinq orqanına təqdim edilməlidir.

Bundan sonra Azərbaycanda yeni şirkət qurmaq istəyənlər qeydiyyat zamanı öz benefisiar mülkiyyətçiləri barədə ətraflı məlumat verməli olacaqlar. Bu yanaşma həm şəffaflığın artırılması, həm də çirkli pulların yuyulması və maliyyə cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Hüquqi şəxslər üçün məlumat təqdim etmə müddətləri aşağıdakı kimidir:

İri sahibkarlıq subyektləri üçün – 31 dekabr 2025-ci il tarixinədək;

Orta sahibkarlıq subyektləri üçün – 30 iyun 2026-cı il tarixinədək;

Kiçik sahibkarlıq subyektləri üçün – 31 dekabr 2026-cı il tarixinədək;

Mikro sahibkarlıq subyektləri üçün – 31 dekabr 2027-ci il tarixinədək;

Qeyri-hökumət təşkilatları və dini qurumlar üçün – 30 iyun 2026-cı il tarixinədək.

Qeyd edək ki, məlumat təqdim etməyən hüquqi şəxslər barədə müxtəlif cəzalar nəzərdə tutulub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90