image-2000x150
image-hekimbackend

Azərbaycanda xəstəxananın şöbə müdiri həkim-cərrahı döydü

image-728x90

Göygöl Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nizami Malikovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qələmdar Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsi protesti təmin etməyib.

İttihama görə, Nizami Malikov xəstəxananın Labaratoriya Şöbəsinin müdiri vəzifəsində çalışır.

Hadisə Göygöl Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Həmin gün Göygöl rayonunun Qızılca kənd sakini Qafar (şərti) adlı şəxs əməliyyat öncəsi analiz vermək üçün Labaratoriya Şöbəsinə gəlib. Qafar analizlərin dövlət hesabına pulsuz qarşılandığını tələb edib. Nizami Malikov isə Qafarı xəstəxananın Cərrahiyyə Şöbəsinin həkim-cərrahı zərərçəkmiş Habil Nürəddinov (ad, soyadı şərti) tərəfindən öyrədilməsini zənn edib. O, zərərçəkmişlə məsələyə aydınlıq gətirmək məqsədilə xəstəxananın inzibati binasının üçüncü mərtəbəsində yerləşən Cərrahiyə Şöbəsinə gedib. Təqsirləndirilən şəxs Habil Nürəddinovun əməliyyat otağında olmasını bildikdən sonra zərərçəkmiş şəxsin özünün və mərhum valideynlərinin ünvanına uca səslə nalayiq söyüşlər söyərək xidməti otağına qayıdıb.

Daha sonra zərərçəkmiş şəxs əməliyyat otağından çıxıb onun otağına gedərək ünvanına söyüş söyməsinin səbəbini soruşub. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı o, Habil Nürəddinovun üzərinə hücum çəkib zor tətbiq edərək sonuncunun qarın boşluğuna təpik zərbəsi ilə, sonra sol əli ilə sifətinin sağ tərəfindən şillə ilə, daha sonra isə otaqda olan plastmas materialdan hazırlanmış sərinkeşi silah qismində istifadə edib. Nizami Malikov həmin sərinkeşlə zrərçəkmiş şəxsin baş nahiyəsindən zərbələr vuraraq ona xəsarətləri yetirib.

Polis əməkdaşları tərəfindən saxlanılan şöbə müdirinin barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90