image-rt-reklam
image-hebs_41624536643backend

Azərbaycanda xanım məmura cinayət işi açıldı – Rüşvət ittihamı

image-728x90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Ünvanlı Sosial yardım və müavinət sektorunun müdiri Həcər Əliyeva məsuliyyətə cəlb edilib.

1963-cü il təvəllüdlü H.Əliyeva mənimsəmə, rüşvət alma kimi əməllərdə təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş başlanılıb və iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edilib ki, Həcər Əliyeva uzun illər vəzifədə işlədiyi vaxt ərzində çoxsaylı vətəndaşlardan onlara ünvanlı sosial yardım düzəltmək məqsədilə pula alıb. Bəzi hallarda o, ünvanlı sosial yardım alan vətəndaşların kartını özündə saxlayıb və bir neçə aylıq ödənişi özünə götürüb. Bəzi şəxslər isə kartdan çıxardıqları pulu Həcərin anasına və ya digər qohumlarına veriblər.

Məhkəmədə mülki iddiaçı qismində tanınan Dövlət Sosial Müdafiə Fond Həcər Əliyevadan 21 min 688 manat maddi ziyanın tutulmasını tələb edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli hökmü ilə H.Əliyeva cinayətdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4,308.1, 311.3.2, 313 və 32.4,313-cü maddələrinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

H.Əliyevaya electron qolbaq taxılıb və üzərinə bir sıra inzibati məhdudiyyətlər qoyulub.

Həmçinin məhkəmə mülki iddianı qismən təmin edib. Təqsirləndirilən şəxsdən 15 432 manat məbləğində pul tutularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi qeyd edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90