Tədbirdə turların mahiyyətindən söz açılıb və bunun Şimali Kipr-Azərbaycan əlaqələrinin inkişafına daha da təkan veriləcəyi qeyd edilib.
Bildirilib ki, gələcəkdə qarşılıqlı turların reallaşdırılması əlaqələrin inkişafına müsbət təsirlər göstərəcək.
Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası ictimai birliyinin sədri Nizaməddin Hüseyinzadə açıqlamasında deyib ki, Azərbaycandan Şimali Kipr Türk Respublikasına turlara start verilir.
Onun sözlərinə görə, turistlərin daşınmasına iyunun 28-dən başlanılacaq.
N.Hüseynzadə bildirib ki, turpaketlərin satış hüququ Coach Tourism LLC şirkətinə həvalə olunub və satış həmin şirkət tərəfindən həyata keçiriləcək.
Təşkilat sədri vurğulayıb ki, yeni turpaketlər Şimali Kipr Türk Respublikası ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əlaqələrin inkişafına daha da təkan verəcək.
O həmçinin qeyd edib ki, yaxın gələcəkdə Şimali Kipr Türk Respublikasından da Azərbaycana turların həyata keçirilməsi nəzərdə tutulub.
N.Hüseynzadə bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan turizm sahəsində böyük nailiyyətlər əldə edib. Ölkəmizin turizm potensialı gündən-günə genişləndirilir.
Qeyd edək ki, Coach Tourism LLC Azərbaycanda turizm sahəsində özünü kifayət qədər doğrutlmuş və bu istiqamətdə böyük uğurlar əldə etmiş şirkətdir. Turizm sahəsində geniş nüfuz qazanan Coach Tourism LLC turistlərin güvəndiyi şirkətlərdəndir.
Müraciət etmək istəyənlər şirkətin aşağıda qeyd olunan nömrələri ilə əlaqə saxlaya bilərlər:
Bakı şəhəri, Nəsimi rayonu, Richard Zorge 16c.
+994125552884
+995555542884
+994515542884
+994552162884