Cəlilabad rayonunda toy karvanında iştirak edən avtomobillərdən biri qəzaya uğrayıb.
Ulusal.az “Report” -a istinadla xəbər verir ki, hadisə oktyabrın 12-də Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb. Belə ki, “BMW” markalı gəlin maşını “VAZ-21015” markalı minik avtomobili ilə toqquşub. Nəticədə rayonun Dələli kənd sakini, 73 yaşlı Əzizağa Xudiyev ağır yaralanaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Qəzanın baş verdiyi gün bəy Toğrul Əzizov saxlanılıb.
Bu faciədən sonra gəlinin valideynləri qızlarını özləri ilə ata evinə aparıblar.
Mənbə: Report.az