Ağsuda qəbir yeri qazan kişi qazdığı qəbirə yıxılaraq ölüb.
Ulusal.az xəbər verir ki, hadisə ötən gün rayon məzarlığında qeydə alınıb.
Belə ki, Ağsu rayonunda yerləşən məzarlıqda qəbirqazan işləyən 54 yaşlı Səməndər Oktay oğlu Şirəliyev qazdığı qəbirə yıxılaraq ölüb.
İlkin məlumata görə, Səməndər Şirəliyev ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.bizim. media





















