Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın verdiyi məlumata görə, qəza nəticəsində Müşfiq Abdullayev dünyasını dəyişib.
O, Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru olub.
Qeyd edək ki, M.Abdullayev Şəmkir rayonunun icra başçısı Aslan Aslanovun bacısı oğludur.