image-rt-reklam
image-1backend

Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər bağlandı

image-728x90

Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər ləğv olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bunlar “ALTİS” və “KOMETA-A” şirkətləridir.

Hər iki MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib.

Məlumat üçün bildirək ki, “ALTİS” şirkətinin hazırda 3 517 315,86 manat, “KOMETA-A” şirkətinin isə 1 312 046,04 manat vergi borcu vardır.
Ətraflı

Bundan əlavə, həmin şirkətlərin qoşulduğu “Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcuddur. Onun vergi borcunun miqdarı 6 142 328,10 manat təşkil edir.

Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. “ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, “KOMETA-A”nın qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğludur.

2012-ci ildə dövlət qeydiyyatına alınan “Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90