image-rt-reklam
image-1backend

Azərbaycanda milli parkları ziyarət edənlərin sayı 15 %-ə yaxın azalıb

image-728x90

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda milli parkları 199 567 nəfər ziyarət edib.

Ulusal.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % azdır.

9 ay ərzində milli parklara baş çəkənlərin 196 222-si (- 14,6 %) yerli turistlər, 3 345-i (- 11,6 % az) isə xarici turistlər olub.

Ölkədə ən çox Göygöl Milli Parkı ziyarət olunub. Hesabat dövründə bu parka 157 159 nəfər (-16,1 % ), o cümlədən 156 042 yerli turist (-16,1 %), 3 117 xarici turist baş çəkib.

Xarici turistlər isə ən çox Abşeron Milli Parkını ziyarət edib. 9 ayda 1 241 xarici ölkə vətəndaşı (- 0,1 % ), eləcə də 13 990 yerli vətəndaş yolunu bu parkdan salıb.

Hesabat dövründə ən az ziyarət Hirkan Milli Parkına olub. Bu parka 9 ay ərzində 2 016 nəfər (- 47,1 %) gedib. Bunun da 1 955-i yerli (-45 %), 61-i isə xarici (+75,7 % ) turist olub.

Yanvar-sentyabrda Şahdağ Milli Parkını 7 835 nəfər (- 3,7 %), Altıağac Milli Parkını 5 831 nəfər (+ 89,8%), Samur-Yalama Milli Parkını 3 425 nəfər (+6,2 %), Şirvan Milli Parkını 3 226 nəfər (+14,2%), Ağgöl Milli Parkını 2 501 nəfər (- 32,2%), Qızılağac Milli Parkını 2 343 nəfər ( +84,1 %), Hirkan Milli Parkını isə 2 016 nəfər (- 47,1 %) ziyarət edib.

Təkcə sentyabrda isə Azərbaycanın milli parklarını 18 033 nəfər ziyarət edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,1 % çoxdur.

Ay ərzində milli parklara baş çəkənlərin 17 558-i (+ 23,7 %) yerli turistlər, 475-i (+ 4,1 % az) isə xarici turistlər olub.

Ötən ay ölkədə ən çox Göygöl Milli Parkı ziyarət olunub. Hesabat dövründə bu parka 13 102 nəfər (+ 18,8 % ), o cümlədən 12 912 yerli turist (+18,9 %), 190 xarici turist (+ 18,7 %) baş çəkib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90