image-2000x150
image-1684580152_93abda8c-5040-457f-a59d-c295f85b8405backend

Azərbaycanda Maarif məktəbinə ilk qəbul imtahanı – FOTOLAR

image-728x90

Bu gün Azərbaycan Beynəlxalq Maarif Məktəblərində 4, 5 və altıncı sinif şagirdləri üçün MAGİS imtahanı keçirilib. İmtahandan keçən şagirdlərin təqaüdlə təhsil almaq imkanları yaranacaq.

Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Sərdar Gündoğan Modern.az-a açıqlamasında bildirib ki, bugünkü imtahanda 450 şagird iştirak edib:

“Türkiyə Maarif Vəqfi 2016-cı ildə yaradılıb. Dünyanın 51 ölkəsində 440 təhsil qurumu ilə beynəlxalq təhsil brendinə çevrilib. Vəqfin yaradılma qayəsi beynəlxalq milli və yerli hadisələri izləyən, ətrafda baş verənlərin fərqində olan fərdlər yetiştirməkdir. Xüsusilə texnologiya, süni zəka, sənaye kimi məsələlərdə bilikli olan tələbələr yetişdirmək hədəf götürülüb. Eyni zamanda şagirdlərimizin əxlaqlı, fəzilətli xarakter qazanmasını da  hədəf götürmüşük. Bu məqsədlə “İnternational Maarif Program” deyə beynəlxalq proqram yaratmışıq. Bu proqramla yerli kurikulumu, eyni zamanda, Beynəlxalq Maarif Proqramını özündə ehtiva edən təhsil veririk. Şagirdlərimizin 4-ə yaxın xarici dil öyrənə bildiyi, texnoloji avadanlıqla inkişaf etdirilmiş labarotoriyalarda fəaliyyət göstərə bildikləri, robotik kodlama, kompüter emalatxanalarının olduğu, eyni zamanda estetik yöndən özlərini inkişaf etdirəcəkləri incəsənət emalatxanalarının, idman zallarının və bənzərsiz kampusun olduğu bir məktəbdir.  İlk dəfə Magis imtahanı ilə məktəbə şagird qəbulu həyata keçirəcəyik. 450-yə yaxın şagird Maarif ailəsinə qatılmaq üçün imtahan verib. Onlara uğurlar arzu edirəm. Digər normal şagirdləri də qəbul edirik. Bu təqaüdlü təhsil üçün imtahandır”.

Sərdar Gündoğan Azərbaycanda Maarif məktəblərinin sayının artırılacağını vurğulayıb:

“Bu, Türkiyə Maarif Vəqfinin tək məktəbidir. Yeni aldığımız və 2024-cü tədris ilinə çatdırmağı planlaşdırdığımız ikinci bir məktəbimiz də var. İnşallah, orada şagird qəbul etməyə başlayacağıq. Təbii ki, investisyalarımız bununla məhdudlaşmayacaq. Yaxın vaxtlarda həm Bakıda, həm də Azərbaycanın digər şəhərlərində təhsil investisyalarımız davam edəcək. Təməl niyyətimiz məlum olduğu kimi, Türkiyə-Azərbaycan arasındakı əlaqələri, məktəbimizdəki şagirdlər vasitəsilə inkişaf etdirməkdir. Hər sahədə inkişaf edən əlaqələr hər iki ölkənin mənfəətinə olacaq”.

“Bir təhsil qurumunun ən böyük gücü müəllim heyətidir. Xüsusilə də Azərbaycanda öz sahəsində ən yaxşı olan mütəxəssiləri, müəllimləri cəlb edirik. Eyni zamanda bu şəxslərə Beynəlxalq Maarif Proqramının istiqamətlərində təlim keçirilir. Qabiliyyətlərinin daha da yüksəldilməsi üçün onlara təhsilartıma təlimlərinin verilməsini icra edirik. Biz təkcə şagirdləri siniflərə doldurub, təhsil vermirik. Sosial, mədəni fəaliyyətlərlə onların sağlam inkişafına yönəlmiş addımlar atırıq”, – Maarif Məktəblərinin təmsilçisi deyib.

image-1684580088_c550a44a-0a97-4a47-8c40-25afc56d77be image-1684580165_cd193065-bd2d-47d4-bf38-c08d1cc96fb3 image-1684580114_c6986743-13c1-4e2f-8069-282f5b989a11 image-1684580118_6701bc20-7847-4a0a-b3a6-1615f2c55bcc image-1684580169_0edc716f-9148-4025-acc7-e4652555343b image-1684580139_6c6f6c0d-df4d-426c-a79a-b913f130c3b1 image-1684580073_817b643a-7922-4369-9e35-e25fc6675982 image-1684580150_0baf4693-8d6c-41b5-b818-274a9ca0757b image-1684580118_2ce12fcb-c6d3-427c-bdbb-f76e8436d99f image-1684580087_016e5348-610b-4307-9923-d9a11ac2aaf9 image-1684580093_031b978b-2f53-4258-b431-4e1aa784e453 image-1684580130_9826d47b-0cf1-45fa-b1f6-cd5a104808d1 image-1684580146_7eacc079-c5a1-4dd1-9526-1bff4a251e3e image-1684580152_93abda8c-5040-457f-a59d-c295f85b8405

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90