image-rt-reklam
image-1backend

Azərbaycanda LGBT təbliğatı qanunla QADAĞAN edilə bilər

image-728x90

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi ikinci oxunuşda qəbul olunub.

Yeni qanun layihəsinə əsasən, eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur.

Modern.az-a danışan VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirib ki, Azərbaycanda da bu məsələyə baxıla bilər:

“Gürcüstanda belə bir qanunun qəbul olunması əslində, günün aktual mövzularından biridir. Çünki olduqca iyrənc həyat tərzinin təbliğatından söhbət gedir. Artıq xəstəlikdən daha çox insanların bu sahəyə süni formada yönəlməsi müşahidə edilir. İndi sosial şəbəkələrdə bu tip insanların çağırışlarını, müəyyən məsələlərə yanaşmasını eşidirik. Bunlar biraz da bu cür həyat tərzini situmullaşdırmağa başlayır. Bu, olduqca təhlükəlidir. Məncə, məsələyə bu nöqteyi-nəzərdən baxılmalıdır. Biz daha diqqətli olmalıyıq ki, cəmiyyətimizin deqradasiyaya uğraması, mənəvi aşınmanın sürətlənməsinə müəyyən dərəcədə laqeyd qalmayaq. Bizdə də bu məsələyə baxıla bilər”.

F.Mustafa vurğulayıb ki, ölkəmizdə də LGBT-ni situmullaşdıran çevrələr var:

“Hər halda Gürcüstan Avropanın gözbəbəyi olan ölkələrdən biridir. Avropanın Gürcüstana olan reaksiyası daha fərqli olacaq. Amma hesab edirəm ki, Gürcüstan bizim üçün də nümunə ola bilər. Bu məsələ ətrafında daha ciddi şəkildə müzakirələr aparıb ölkəmiz və xalqımız üçün faydalı ola biləcək nəticəni ortaya qoya bilərik. Bu, bizim üçün də vacib məsələdir. LGBT təbliğatı ölkəmizdə də sürətlə yayılır. Bunu situmullaşdıran çevrələr var. Həmin çevrələr bir çox hallarda səlahiyyətli və imkanlı çevrələr olur. Bu da məsələnin ölkədə sürətlə yayılmasında maraqlı olan qüvvələr var. Məncə, bu məsələdə cəmiyyətimizi qorumaq barədə düşünməliyik.

Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli də Azərbaycanda eyni qanunun qəbul edilməsinin vacib olduğunu düşünür:

“Dünyada hər bir ölkə, xalq öz dəyərləri ilə yaşayır. Hər xalq öz dəyərləri ilə mövcud olub, dünyaya çıxır. Gürcüstanda LGBT əleyhinə belə bir qanunun qəbul olunmasına çox təbii baxıram. Gürcü xalqı özünəməxsusluğu saxlayan, onun uğrunda daim mübarizə aparan xalqdır. Hesab edirəm ki, Azərbaycan da bununla bağlı qanun qəbul etməlidir. İnsan hüquqları pərdəsi altında minillər ərzində formalaşan dəyərələrə qarşı bəzən hücumlar olur. Hesab edirəm ki, bunların qarşısı alınmalıdır. Xalq, millət və şəxsiyyət özünün əsas keyfiyyətləri ilə görünür və bilinir. Onun ruhu, xarakteri həmin dəyərlərdə ifadə olunur. Gürcüstan dövlətinin bu addımını dəstəkləyirəm”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90