image-rt-reklam
image-1backend

Azərbaycanda istifadəçilər ən çox hansı bank tətbiqindən razı qalıb?

image-728x90

“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırmanın nəticələrinə görə, Azərbaycanda istifadəçilərin ən çox razı qaldığı mobil bank tətbiqi ABB Mobile olub.

GDP xəbər verir ki, araşdırma nəticələrinin əks olunduğu məlumata əsasən, ABB Mobile istifadəçilərinin 94,8%-i tətbiqdən razılıq ifadə edib. Onların 60,9%-i tətbiqə ən yüksək – “5”, 33,9%-i isə “4” qiymətini verib.

Bu baxımdan bank mobil tətbiqləri arasında ikinci sırada LeoBank qərarlaşıb. Araşdırmaya əsasən, bu tətbiqdən istifadə edənlərin 93,9%-i məmnun qalıb. Respondentlərin 58,3%-i “5”, 35,6%-i isə “4” bal qeyd edib.

Birbank istifadəçiləri arasında məmnunluq göstəricisi 91,2% təşkil edib. Onların 59,6%-i tətbiqi “5”, 31,6%-i isə “4” səviyyəsində dəyərləndirib. Daha az faizlə 7% “3”, 1,1% “2” və 0,7% “1” bal qeyd olunub.

Daha aşağı nəticələrlə Ubank və Paşa Mobile Bank gəlir. Ubank istifadəçilərinin 88%-i tətbiqdən razı olduğunu bildirib – onların 68%-i “5”, 20%-i “4” bal verib. Paşa Mobile Bank üzrə məmnunluq göstəricisi 80% olub. Respondentlərin 53,3%-i tətbiqi “5”, 26,7%-i “4” səviyyəsində qiymətləndirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90