image-rt-reklam
image-isiqbackend

Azərbaycanda işıq pulu bahalaşacaq? – AÇIQLAMA

image-728x90

Azərbaycanda elektrik enerjisi tarifində dəyişiklik nəzərdə tutulmur.

Ulusal.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun kuluarlarında deyib.

Onun sözlərinə görə, Azərbaycan demək olar ki, hər gün enerji sahəsində əməkdaşlığa dair sorğular alır.

“Biz əhalinin tələbatını qarşılayacaq tariflər çərçivəsində əməkdaşlığı nəzərdən keçiririk. Su elektrik stansiyalarından alınan elektrik enerjisinin kommersiya satış tarifləri təqribən beş qəpik, günəş elektrik stansiyasından alınan elektrik enerjisinin qiyməti 5,5 qəpik, külək elektrik stansiyasından alınan elektrik enerjisinin qiyməti isə 5,7 qəpikdir. “ACWA Power” və “MASDAR” ilə sazişlərimiz məhz bu tariflər çərçivəsində qurulub. Hökumətimiz elektrik enerjisini bu tariflərlə satın alır və “Azərenerji”yə 6,6 qəpikdən satışını həyata keçirir”, – deyə o bildirib.

E.Soltanov bu tariflərin qorunub saxlanılmasının hökumət üçün prioritet olduğunu əlavə edib.

Qeyd edək ki, Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu keçirilir.

Forumda Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.

Forumda Azərbaycanla ABŞ-nin enerji sahəsində əməkdaşlıq əlaqələri, “yaşıl enerji”nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90