image-2000x150
image-ziyabackend

Azərbaycanda indiyə qədər sui-qəsdə məruz qalan deputatlar: Hamısı eyni ssenari ilə…

image-728x90

Məclisin deputatı Fazil Mustafa silahlı şəxs və ya şəxslərin silahlı hücumuna məruz qalır. Onun avtomobili evinin qarşısında avtomat silahlardan güllə yağışına tutulur. Deputat çiynindən və dizindən güllə yarası alsa da, xoşbəxtlikdən sağ qalır. Dövlət Təhlükəsizlik Xidməti baş verən hadisəni terror aktı kimi qiymətləndirir.

Ulusal.az xəbər verir ki, Fazil Mustafaya qarşı sui-qəsd Azərbaycanda deputata qarşı təşkil olunan ilk belə hadisə deyil.

Müstəqil Azərbaycanın sui-qəsdə məruz qalan ilk deputatı mərhum Eldar Bağırovdur. Milli Qəhrəman Allahverdi Bağırovun qardaşı, Ağdamdan deputat seçilən Eldar Bağırov da evinin qarşısında qətlə yetirilir. O, 31 oktyabr 1991-ci ildə terrorçuların silahlı hücumuna məruz qalır.

29 sentyabr 1994-cü ildə Milli Məclisin (Ali Sovetin) sədr müavini Afiyəddin Cəlilov sui-qəsdə qurban gedir. O da Bakıda, yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülür.

1996-cı ildə isə I çağırış Milli Məclisin deputatı Əli Ansuxski sui-qəsdin qurbanı olur. O, Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsd nəticəsində terrorun qurbanına çevrilir.

Birinci çağırış Milli Məclisin deputatı olan Z.Bünyadov da evinin qarşısında atəşə tutularaq öldürülür. Sovet İttifaqı Qəhrəmanı olan deputatımız 21 fevral 1997-ci ildə yaşadığı evin girişində qətlə yetirilir.

Maraqlı məqam ondan ibarətdir ki, sui-qəsdə məruz qalan bütün millət vəkilləri yaşadığı evlərin qarşısında güllələniblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90