image-2000x150
image-5b2af20207997fe279dc767e7085730b1678161408_1655963079_1642158362_a8fabada-8bc8-4ff2-bd6d-bc8042ae2b60_w1200_r1-1-jpg-780x470backend

Azərbaycanda ətin qiyməti niyə bahalaşır?

image-728x90

“İnsanların sayı yarım milyon artıb, heyvanların sayı isə bir milyon azalıb. Daha dəqiq desək, kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb”.

Ulusal.az  xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov ətin bahalaşmasına münasibət bildirərkən Facebook hesabında deyib.
Statistika Komitəsinə istinad edən ekspert qeyd edib ki, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xırdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub. Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı 8,67 milyon idi:
“Ümumilikdə görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb. Əhali sayı 2016-ci illə müqayisədə 500 mindən çox arttıb. 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə, ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon nəfər artıb, heyvanların sayı isə bir milyon baş azalıb”.
İqtisadçı heyvanların sayının azalması ilə bağlı bildirib ki, səbəblər çoxdur, amma başlıca səbəb yem məhsulları amilidir, o cümlədən, örüş sahələrinin azalması məsələləridir:
“Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2 678 000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2 417 000 hektara enib, yəni 261 000 hektar azalıb. 261 min hektar heyvandarlıq üçün çox böyük sahədir”.
Qeyd edək ki, son günlər Azərbaycanda ətin qiymətində artım müşahidə edilir. Bakı ilə yanaşı, bölgələrdə də ət təxminən 2-3 manat bahalaşıb. Hazırda mal əti müştərilərə 14-15 manata təklif olunur.(Qaynarinfo)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90