image-rt-reklam
image-1backend

Azərbaycanda dövlət qurumlarının 134 əməkdaşı hücuma məruz qalıb

image-728x90

Ötən il Azərbaycanda 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.

Ulusal.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanı olub.

“Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikası qeydiyyata alınıb. Belə ki, il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3 798 olub.

Dövlət Xidməti aşkar edilmiş yoluxma halları ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırıb, fəsadların aradan qaldırılması üçün lazımi addımlar atıb və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirib”, – deyə məlumatda qeyd olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90