image-rt-reklam
image-1backend

Azərbaycanda çoxarvadlılığa icazə verilib? – AÇIQLAMA

image-728x90

Son günlər sosial şəbəkələrdə Azərbaycanda çoxarvadlılığa icazə verildiyi haqda xəbərlər dolaşır və bu xəbərlər ətrafında geniş müzakirələr gedir.

Doğrudanmı ölkəmizdə çoxarvadlılığa icazə verilib? Qanunvericilikdə kişilərin iki və ya daha çox nikaha girməsini nəzərdə tutan hər hansı dəyişiklik olubmu? Yoxsa sosial mediadakı müzakirələr feyk xəbərlər əsasında aparılır?

Mövzu ilə bağlı Medianews.az-a danışan hüquqşunas Əkrəm Həsənov deyib ki, qanunvericilikdə bununla bağlı heç bir dəyişiklik edilməyib: “Azərbaycan qanunvericiliyində ikinci bir rəsmi nikaha icazə yoxdur və bu, həm kişilərə, həm də qadınlara aiddir. Qanunvericiliyə bu məsələdə kişilərə hər hansı əlavə hüquq verən heç bir dəyişiklik edilməyib. İkinci həyat yoldaşı yalnız qeyri-rəsmi nikahla mümkündür”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90