“Minatəmizləyənlərin əmək haqqı artırılsa, yaxşı olar”.
Ulusal.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 21 noyabr tarixli iclasında deputat Siyavuş Novruzov deyib.
“Bunlar səhər çıxanda bilmirlər axşam qayıdacaqlar, ya yox. Düşünürəm, onların maaşları artırılmalıdır. Digər məsələ, uşaq evləri ilə bağlıdır. Uşaq evlərini bitirənlər üçün evlər tikilsin ki, onlar məktəbi bitirdikdən sonra getməyə bir yerləri olsun”.