image-rt-reklam
image-1682570758_bk_info_191380_orig_1629802364backend

Azərbaycanda biznesmen oğurlandı

image-728x90

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Rahib Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Ulusal.az pravda.az-a istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə 7 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, 1968-ci il təvəllüdlü Rahib Rəhimov qabaqcadan əlbir olduğu bir qrup şəxslə 27 may 2013-cü ildə saat 22 radələrində, istintaqla müəyyən edilməyən İlkin adlı şəxsin vasitəsilə görüşə dəvət edilmiş zərərçəkmiş Namiq Qafarov (şərti) ilə sonuncunun qeyd edilən şəxslərə mövcud olan ümumilikdə milli manat məzənnəsi ilə 53,054 manat pul borcu ilə bağlı danışıqların aparılması məqsədilə Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 54 saylı binanın qarşısında görüşüb. O, Namiqə zor tətbiq etməklə iradəsinə zidd oğurlamaqla, zərərçəkmişi tanışı tərəfindən idarə edildiyi “Tofaş” markalı avtomobilə mindirib digər tanışları ilə əvvəlcədən razılığına görə sonuncunun icraçı direktor işlədiyi Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsində olan şirkətinə məxsus yarıtikili binanın gözətçi otağına aparmaq qərarına gəlib. Daha sonra onlar həmin ünvana gediblər. Orada isə Rahib və tanışları zərərçəkmişə qarşı zor tətbiq edib bədəninin müxtəlif nahiyyələrinə əlləri və ayaqları ilə zərbələr endirməklə onu döyüb. Sonra Rahibin tanışları zərərçəkmiş şəxsin qollarından tutaraq, zorla iradəsinə zidd olaraq “Hundai-Azera” markalı avtomaşına mindirib əvvəlcədən kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu B.Sərdarov küçəsi, 12 saylı binanın qarşısına gətiriblər. Orada onları gözləyən Rahibin digər tanışları onun qollarından tutaraq binanın 4-cü mərtəbəsində olan 44 saylı mənzilə gətirərək 29 may 2013-cü il tarixədək qanunsuz saxlayıblar. Həmin mənzildə saxlanılan müddətdə onlar zərərçəkmiş şəxsi döyüb sağlamlığına təhlükəli zor tətbiq ediblər və ona sağlamlığa yüngül zərər vurmaqla işgəncə veriblər.

Məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilmiş Namiq Qafarov öz ifadəsində göstərib ki, Rahiblə aralarında həmişə böyük hörmət olub, onun bizneslə məşğul olmağı və bəzi şəxslərlə sövdələşməsi təqsirləndirilən şəxsin insanlar arasında ona qarşı mövqeyini dəyişməyinə səbəb olub. Onun məsələsindən sonra həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onlarla alış-veriş zamanı aralarında borc yaranmış, birinə 10000 manat və digərinə 30000 manat borcu olub. Borc gecikdiyindən onların pulunu qaytara bilməyib. Məlum hadisə baş verən gün dost bildiyi şəxs ona zəng vuraraq çay içməyə dəvət edib, yaşadığı evdən səki ilə gedərkən “Tofaş” markalı avtomobil sürətlə üstünə gəlib. Maşında Rahib, Həbib və adını xatırlamadığı digər şəxs yumruqla vuraraq onu avtomobilə otuzdurub. “Erməni qəbirsanlığı” deyilən yerə çataraq digər maşınla “Xutor” ərazisində yeni tikilən binanın zirzəmisinə gediblər. Gecə saat 3-4 radələrində onu “İçəri şəhər”də yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsinə gətiriblər, 2 gün orada təzyiq altında, əli-qolu bağlı şəkildə saxlayıblar. Bazar ertəsi pul verəcək oğlanla Şıxovda görüşəcəkmiş, həmin vaxt Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində istintaq edilən cinayət işi olub və müstəntiq Nazim müəllimin yanına getməli olub. Səhər saat 7-8 radələrində ayaqyoluna getmək bəhanəsi ilə “102” mərkəzinə zəng vurub, onun mobil telefonu açıq olub. Zənglər gəlmiş və onlar icazə vermişlər ki, danışsın, başqaları oğurlandığından şübhələnməsin. Kağızlara, “Mənə kömək edin, məni oğurlayıblar”, – yazıb, polis əməkdaşları gələrək onu qurtarıblar.

Daha sonra Rahibi görməyib, bu şəxslərin ona və ailəsinə təhqirlər olub. Əvvəlcə Rahibi bağışlamış, lakin təqsirləndirilən şəxsin verdiyi yalan vədlər üzündən bu gün həbs həyatı yaşayır və bu səbəbdən də onu heç bir vaxt bağışlamayacaqdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, cəzalandırılmasını tələb edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90