image-rt-reklam
image-1backend

Azərbaycanda anasının boğazına bıçaq dirəyən oğul həbs edildi

image-728x90

Mayın 22-də Lənkəran rayonunun Bala Şürük kənd sakini olan 27 yaşlı Əkbər Əbilov həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Ə.Əbilov anasının şikayəti əsasında tutulub.

O, 2005-ci ildə vəfat edən atasından ona miras qaldığını iddia edərək anasından pul tələb edib. Əkbər gecə saatlarında yaşadığı evin qapılarını qıfıllayaraq anasını bir daha evdən kənara buraxmayacağını deyib. Bunu görən qadın gizli şəkildə qohumlarına xəbər verib və polisə müraciət edilib. Gecə saat 03 radələrində həmin ünvana gələn polis əməkdaşları Əkbərdən anasını buraxmasını tələb ediblər. Lakin gənc oğlan bıçağı anasının boğazına dirəyərək onu öldürəcəyi ilə hədələyib və qadını bu vəziyyətdə ikinci mərtəbədəki otağa aparıb.

Aparılan əməliyyatdan sonra Əkbər saxlanılıb və onun barəsində Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə iş açılıb.

Ə.Əbilov anasından şikayətini geri götürməsini tələb edib.

Lənkəran şəhər Məhkəməsində keçirilən prosesdə şikayətçi qadın oğlunun həbs edilməsini və ona ağır cəza verilməsini xahiş edib. Məhkəmənin 22 may tarixli hökmü ilə Əkbərə 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalında həbs edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90