image-rt-reklam
image-1backend

Azərbaycana narkotik gətirmək istəyən iranlı saxlanıldı

image-728x90

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Ulusal.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, yanvarın 28-də saat 04:15-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran İslam Respublikası vətəndaşı 41 yaşlı Mollayı Meysən Allahbaxış saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90