image-rt-reklam
image-1backend

Azərbaycan yumurtanı hansı ölkələrə və neçəyə satır? – Siyahı

image-728x90

Ötən il Azərbaycandan xaricə ümumi dəyəri 6 milyon 880,5 min dollar olan 83 milyon 880 min ədəd yumurta ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yumurta ixracı 3 ölkəyə – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və İraqa olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 8,2 sent (13,9 qəpik) olub.
Müqayisə üçün bildirək ki, əvvəlki illə müqayisədə yumurta ixracı 2 dəfəyə yaxın artıb. Belə ki, 2023-cü ildə Azərbaycan xaricə 3 milyon 395 min dollar dəyərində 48 milyon 544,6 min ədəd yumurta ixrac edib. Bir ədəd yumurtanın gömrük dəyəri ötən ildəkindən təxminən 17% az – 7 sent (11,9 qəpik) olub.
Onu da bildirək ki, ötən il yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətə ixrac edilib:
Rusiya – 48 milyon 654 min ədəd (14,5 qəpiyə);
Birləşmiş Ərəb Əmirlikləri – 34 milyon 146 min ədəd (13 qəpiyə);
İraq – 1 milyon 80 min ədəd (13,4 qəpiyə).

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90