image-rt-reklam
image-nesib_meclisdebackend

Azərbaycan Xəzər dənizində Türkiyə və Türk dünyası arasında mənəvi körpülər inşa edir

image-728x90

Nəsib Məhəməliyev: “Azərbaycanın həyata keçirdiyi ixrac kəmərləri, nəqliyyat şəbəkəsi, Türkmənistan, Qazaxıstan və Orta Asiyanın digər ölkələri üçün də nəfəslik rolunu oynayır”

Yerləşdiyi coğrafiya və malik olduğu təbii sərvətlər Azərbaycanı bütün dünya üçün cəlbedici edir. Elə bu səbəbdəndir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən, hətta Bakı ilə strateji tərəfdaş olmağa çalışan ölkələrin sayı durmadan artır. Bunun başlıca səbəbi isə Azərbaycanın etibarlı tərəfdaş olması ilə bağlıdır.

Ölkəmizin türk dünyası ilə də normal əməkdaşlığı mövcuddur və hətta deyərdim ki, bu əməkdaşlıq ən yüksək səviyyədədir. Rəsmi Bakının Türk Dövlətləri Təşkilatının aktiv üzvü olması, sözügedən təşkilat daxilində irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi deyilənlərin əsas göstəricisidir. Ümumiyyətlə, Azərbaycanın Türk dünyasının hər bir ölkəsi ilə ayrı-ayrılıqda qurduğu əlaqələr, münasibət qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etməsinə gətirib çıxarır. Bu sırada Türkmənistanla əlaqələr də xüsusi önəm kəsb edir. Aşqabadla qurulan yüksək səviyyəli əməkdaşlıq “Kəpəz” yatağının birgə işlənməsinə imkan yaratmaqla yanaşı, türkmən qazının Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Avropaya nəqli üçün yeni əməkdaşlıq imkanları yaradıb. Bu çərçivədə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və orada Azərbaycan-Türkiyə- Türkmənistan  dövlət başçılarının zirvə görüşünün keçirilməsi və birgə səndlərin imzalanması deyilənlərin sübutudur. Dövlət başçısının Türkmənistan sədəri və orada keçirilən üçtərəfli zirvə görüşü barədə fikirlərini bölüşən Milli Məclisin deputatı Nəsib Məhəməliyev sözügedən görüşün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Dekabr ayının 14-də Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli Zirvə görüşü baş tutdu. Görüşün yekunu olaraq, tərəflər arasında ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş, 2023-2025-ci illər elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı, gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum, həmçinin, energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum imzalandı. Eyni zamanda nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum da imzalanan sənədlər sırasında yer aldı. İmzalanmış sənədlərin mahiyyətinə və üç qardaş ölkənin yerləşdiyi coğrafiyaya diqqət etdikdə, bir daha əmin olursan ki, bütün yollar Bakıdan keçir. Bakı isə, üzərinə götürdüyü bütün öhdəliklərin icrasının təmin olunması üçün bütün infrastruktura sahibdir. Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi energetika, nəqliyyat-logistika layihələri, Xəzər dənizində ən böyük donanmanın, hava, dəmir və avtomobil yolları infrastrukturunun, aşırma terminallarının yaradılması, hər üç ölkəyə iqtisadi dvidentlər gətirəcək və inkişafını sürətləndirəcəkdir”.

Millət vəkili hesab edir ki, yaxın gələcəkdə Türkmən qazının Azərbaycan, Türkiyə vasitəsilə Avropa bazarlarına çıxışını təmin edəcəkdir: “Etiraf etməliyik ki, bu məsələ çoxdan həllini tapmalıydı. Ancaq, bəzi xarici təsirlər və subyektiv səbəblərdən üzündən proses uzandı. Rusiya-Ukrayna müharibəsi fonunda, Azərbaycanın həyata keçirdiyi ixrac kəmərləri, nəqliyyat şəbəkəsi, Türkmənistan, Qazaxıstan və Orta Asiyanın digər ölkələri üçün də nəfəslik rolunu oynayır”.

Nəsib Məhəməliyev hesab edir ki, Orta Xətt Marşrutunun getdikcə vüsət alması, son bir ildə Ölkələrarası ticarət dövriyyəsinin dəfələrlə artması, Ələt dəniz limanının aşırma qabiliyyətinin 25 milyon tona çatdırılmasını və Qars-Axalkalaki dəmiryolunun imkanlarının genişləndirilməsni tələb edir: “Azərbaycan hökuməti bundan ötrü 100 milyon vəsaitin ayrılmasını planlaşdırır. Bütün bunların kökündə Azərbaycan Prezidentinin düşünülmüş, hərtərəfli ölçülüb biçilmiş, qardaş Türkiyə ilə harmoniya təşkil edən xarici siyasəti durur.  44 günlük müharibədə əldə etdiyimiz tarixi Qələbə və beynəlxalq miqyasda apardığımız çoxvektorlu siyasət isə, qardaş ölkələrdə özünənam hissini artırması danılmaz faktdır.  Beləliklə, Azərbaycan Xəzər dənizində Türkiyə və Türk dünyası arasında siyasi, iqtisadi, elmi, mədəni, mənəvi körpüləri inşa etməkdə davam edir”.olaylar

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90