image-rt-reklam
image-1backend

“Azərbaycan xalqına Zəfər yaraşır!” – Millət vəkili

image-728x90

“Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkəmiz boyu keçirilən Prezident seçkiləri uğurla başa çatdı. Qalib xalqımız döyüşkən, mübariz əzmini seçki qutuları başında da nümayiş etdirərək bütün dünyaya seçki mədəniyyətimizi göstərdi. Çünki həmrəyik, birik!”- bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Millət vəkili əlavə edib ki, biz dövlətçil xalqıq. Bizim dövlətimiz var. Biz qalib xalqıq.

“Biz tarix yazan xalqıq. Biz Ana Vətənimizi yağı düşmənin caynaqlarından qoparıb geri qaytarmaq üçün torpağımızı qanımızla suvaran xalqıq. Bizim qarşımızda heç bir qüvvə dayana bilməz, çünki biz beş barmağın beşini də sıxıb düşmən üzərinə şığıyan DƏMİR YUMRUĞuq!

Seçkimiz, seçimimiz mübarək olsun! Müstəqilliyi əbədi olan dövlətimizin yeni inkişaf mərhələsi hər bir vətəndaş üçün xeyirli olsun! Qələbələrimiz davam edir. Azərbaycan xalqına Zəfər yaraşır! Qalib Xalqın Lideri cənab İlham Əliyevlə yeni qələbələrə doğru!” – deyə Elnur Allahverdiyev əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90