image-2000x150
image-1backend

Azərbaycan xalqı üçün əziz insan olan Zərifə xanım Əliyevanın əziz xatirəsi hər zaman bizlərin qəlbində yaşıyacaqdır – DEPUTAT

image-728x90

Görkəmli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb dünyasındakı yeri əvəzedilməzdir. Zərif xanım görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb böyümüş, atasından peşəkarlığın dərsini almışdır.

Bu barədə “Turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Əziz Əliyevin öz xalqına olan sevgisi, yorulmadan xalqı üçün çalışması qızı üçündə bir örnək idi. Zərifə xanımın yorulmaq bilməyən fəaliyyəti, oftalmologiya elminə yeniliklər gətirməsi, göz işığından məhrum olmuş insanlara həssas, qayğı ilə yanaşması onu sevimli həkimə çevirmişdir. Böyük dövlət xanımı, ömrünü xalqına həsr etmiş, hər bir insan üçün örnək həyatın sahibi olan Heydər Əliyevlə ailə həyatı qurması Zərifə xanımın həyatının növbəti mərhələsi üçün mühüm əhəmiyyət daşıyırdı.

Ulu öndərin öz xanımına olan sevgisi, ailəsinə olan bağlılığı bu ailə institunun bu gün özündə belə hər birimiz üçün örnək təşkil etməsinə səbəb olan ən önəmli hadisə idi. Zərifə xanımın yorulmaz elmi fəaliyyəti, yeni elmi axtarışlar aparması övladlarını da marağını çəkmişdir.

Prezident İlham Əliyev dəfələrlə anası ilə bağlı bu xatirələri toxunmuş, onu əsl elm fədaisi adlandırmış, eyni zamanda sevimli bir ana olaraq öz övladlarına necə qayğı göstərməsindən bəhs etmişdir. Zərifə Əliyevanın özünəməxsus xarakteri, heç vaxt çəkinmədən bir vətəndaş olaraq öz mövqeyini ortaya qoyması, ömrünü xalqına həsr etməsi onun yetişdirdiyi övladlara da özünü göstərmişdir. Azərbaycan dövlətini illərin faciəsindən xilas edən, bu gün dünyada ədalətsizliyə qarşı açdığı mübarizə ilə bütün məzlumların sevimlisinə çevrilmiş, adını dünya tarixinə qızıl hərflərlə yazdırmış müzəffər ali baş komandan, hörmətli prezidentimiz İlham Əliyev eyni ilə valideyinləri kimi ömrünü xalqının yoluna hərt etmişdir. Ana nəvazişi, onun göstərdiyi sevgini biz bu övladının xeyirxah əməllər də görürük.

Zərifə xanımın əsl Azərbaycan qadına xas olan həyat yolu, bir ana kimi vətəninə ömürünü verən, məzlumların yanında olan, ədalətli övlad yetişdirməsi bütün zamanlar üçün Azərbaycan xanımlarının analıq fəaliyyətinin başlıca prinsipinə çevrilmişdir. Zərifə xanımın elmi fəaliyyəti uzun illər Azərbaycan oftalmologiya elmində araşdırlacaq, onun tibb elminə gətirdiyi yenilikləri xalqımız hər zaman böyük minnətdarlıqla xatırlayacaqdır. Azərbaycan xalqı üçün əziz insan olan Zərifə xanım Əliyevanın əziz xatirəsi hər zaman bizlərin qəlbində yaşıyacaqdır !

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90