image-2000x150
image-8backend

Azərbaycan xalqı Türkiyə üçün səfərbər oldu

image-728x90

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb.
Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirib, dərhal qardaş ölkəyə öz dəstəyini göstərib. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər.

Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal humanitar yardım göndərilib və bu yardımlar davam etməkdədir. Ayrıca say etibarı ilə ən çox Azərbaycanın xilasedici qrupu və hərbi tibb personalı zəlzələ zonasına ezam olunub. Ümumiyyətlə, bu gün Azərbaycan xalqı Türkiyə üçün səfərbər olaraq əlindən gələni edir. Xalqımız Türkiyənin acısına qəlbən acıyır. Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən yardım mərkəzlərində izdiham yaşanır. Azərbaycan xalqı könüllü şəkildə qardaş köməyini Türkiyə üçün edir. Dövlət qurumları ilə bərabər, qeyri-hökumət təşkilatlarının, sadə vətəndaşlarımızın da bu yardım kampaniyasında iştirakı xalqımızın Türkiyəyə cani-könüldən bağlı olmasının bariz nümunəsidir.

“Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur”.

 

Qarayev Qulam-ADPU

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90