image-2000x150
image-66backend

Azərbaycan vətəndaşları üçün TƏHLÜKƏ – İran yeni məkrli metodlara əl atır  

image-728x90

Molla rejimi Azərbaycana qarşı qərəzli və məkrli siyasətinə davam edir. Azərbaycanlı tələbə Fərid Səfərlinin İranda casusluq ittihamı ilə həbs olunması bu rejimin mahiyyətini bir daha ortaya qoydu.

Öncə məlumat üçün qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 26 yaşlı Fərid Səfərli bu il fevralın 20-də sevgilisini görmək üçün Tehrana səfər edib. Martın 5-də Almaniyaya qayıtmalı olsa da, onunla əlaqə itib. Martın 4-dən etibarən onun telefonu sönüb.

Məsələ ilə bağlı Azərbaycan dövləti zamanında hərəkətə keçib və Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.

İran isə öz məkrli siyasəti naminə susub və  3 ay müddətində Fərid Səfərli İranda itkin düşmüş sayılıb.

Lakin təbii ki, Azərbaycan tərəfindən müraciətlərə son qoyulmayıb və Rəsmi Tehran məsələ ilə bağlı cavab verməyə məcbur edilib. Nəhayət, 3 ay sonra İran  Fərid Səfərlinin İranda “casusluqda ittiham edilərək” həbs olunduğu cavabını verib.

Eyni zamanda İran tərəfi iyunun 1-də Fərid Səfərlinin anası Dilarə Əsgərovaya oğlunun “casusluqda ittiham edilərək” həbs olunduğunu bildirib. Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qohumlarının onunla danışması və görüşməsi üçün İranın uyğun qurumlarına müraciət edib. İran tərəfi isə bunlara heç bir reaksiya verməyib. Yalnız 3 ay sonra məlumat yayıb ki, guya Fərid Səfərli casusdur və həbs olunub.

Heç şübhəsiz ki, bu müddət ərzində onlar Fərid Səfərliyə qarşı işgəncələr veriblər, onun simasının həmin vəziyyətdə görünməsini istəməyib, Fəridi itkin kimi təqdim ediblər. Bu, İranın illərdir təkrarlanan və dəyişməz çirkin oyunlarından biridir. Ümumiyyətlə, zaman göstərir ki, molla rejimi İrana səyahət edən xarici ölkə vətəndaşlarını dərhal nəzarətə alır.

Onların xüsusi xidmət orqanları fürsət güdürlər ki, həmin şəxsləri agentlərinə çevirsinlər. Bu plan baş tutmadıqda isə müxtəlif ittihamlarla şəxsi həbs etməyə çalışırlar.

Oxşar hadisələr ABŞ, Böyük Britaniya, Kanada, Fransa və başqa ölkələrin vətəndaşlarının da başına gəlib.

2008-ci ildə azərbaycanlı alim Rəşid Əliyevi də İran tərəfi belə şantaj edib bir müddət həbsdə saxlamışdı.

Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə İsmayılova və onun sürücüsü Şamxal Hüseynov da 2013-cü il aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT tərəfindən qondarma casus ittihamı ilə saxlanılmışdı. Ancaq həmin zaman da İran tərəfi heç bir fakt ortaya qoya bilməmişdi. Bu şəxslərin kimə casusluq etmələri, hansı planları olduğunu yaya bilməmişdilər. Çünki ittihamları əsassız, dedikləri ağ yalan idi.

Molla rejimi öz vətəndaşının hüququnu necə pozursa, beynəlxalq normaları da elə tapdalayır. Artıq bu rejim həm öz vətəndaşları, həm qonşu dövlətləri, həm də ümumən dünya üçün təhlükəyə çevrilib. Yalnız şərin yanında durur, şərə dəstək olur, müsəlman ölkəsi olsa da, müsəlmanlara problem yaradırlar.

Fəridin başına gətirilənlər də bir daha göstərdi ki, İran təhlükəli ölkədir və bu ölkəyə səfər edənlərin başına bu kimi hadisələrin gəlməsi qaçılmazdır. İran eyni zamanda dağıdıcı, terrora meylli ölkədir. Əlinə keçirdiyi başqa ölkənin vətəndaşından yalnız dağıdıcılıq, pərakəndəlik üçün istifadə edir. Bunu ötən aylarda Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatları nəticəsində saxlanılan İran casuslarının nitqindən də görmək olur. Onlara ancaq və ancaq təxribatla bağlı tapşırıqlar verilib, silahdan istifadə qaydaları öyrədilib.

Bütün bunlardan uzaq olmaq üçün İrandan da uzaq qalmaq lazımdır. Odda yanmamaq üçün oda yaxınlaşmamaq əsas və sadə şərtdir…

Bundan əlavə, onu da qeyd edək ki, dünyada artıq praktika var ki, bu kimi düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərləri qadağan olunur. Bununla bağlı müxtəlif cəza tədbirləri görülür. Məsələn, dünyanın ən inkişaf etmiş ölkələri olan  ABŞ və Yaponiya vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan ediblər. Əslində, İranın etdikləri Şimali Koreyanın davranışlarından heç də təhlükə baxımından aşağı səviyyəli deyil.

246221_kb3sm8yx28.jpeg (47 KB)

İran təkcə vətəndaşlarımıza qarşı bu cür davranışları ilə düşmənçiliyini ortaya qoymur, siyasi meydanda da vəziyyət oxşardır.

Son günlərdə İranın ekspertləri, keçmiş səfiri tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Molla rejimi Ermənistanın yanında yer aldığını, sülh müqaviləsinə, Zəngəzur dəhlizinə qarşı olduğunu gizlətmir. Bu barədə ötən yazımızda da qeyd etmişdik.

Ona görə də yuxarıda qeyd etdiyimiz ABŞ, Yaponiyanın Şimali Koreyaya qarşı atdığı addım Azərbaycan tərəfindən İrana münasibətdə də atıla bilər. Çünki İran-molla rejimi atdığı addımlarla Bakıya başqa seçim imkanı buraxmır.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90