image-rt-reklam
image-1backend

Azərbaycan vətəndaşları 3 gündür Rusiyada dustaqdırlar

image-728x90

Azərbaycan vətəndaşları artıq üçüncü gündür ki, Moskvaətrafı qəsəbələrdəki hava limanından buraxılmır

Oktyabrın 6-da Azərbaycan vətəndaşları Bakıdan Moskvaya uçaraq Moskva yaxınlığındakı Jukovski hava limanına eniblər. Sərnişinlərdən birinin sözlərinə görə, o, gəldikdən dərhal sonra o və digər iki həmyerlisi heç bir izahat verilmədən hava limanının əməkdaşları tərəfindən saxlanılaraq terminalın ikinci mərtəbəsinə aparılıb.

Orada onları islah müəssisəsindəki kameranı xatırladan qapalı otağa salıblar. Onlarla birgə Mərkəzi Asiya ölkələrinin vətəndaşları da saxlanılır. Otağın qapısı qıfıllıdır, məhbusların özləri də videomüşahidə kameraları tərəfindən daima müşahidə olunur.

Video müəllifinin sözlərinə görə, məhbuslara yemək verilmir. Onlar vəziyyətin həlli üçün kömək və yardım istəyi ilə Azərbaycan hakimiyyətinə müraciət edirlər.

Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir.

Hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.

Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər: “Ona görə də bu problemlərlə qarşılaşırlar.

Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir.

Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərəcəklər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”, deyə həmsöhbətimiz bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90