Yaxın zamanda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların görüşü planlaşdırılır.
Ulusal.az xəbər verir ki, bu məlumat Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın Aparatı tərəfindən açıqlanıb.
Açıqlamada görüşün dəqiq tarixi ilə bağlı hələlik razılığa gəlinmədiyi qeyd olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu ay, Azərbaycanın təşəbbüsü və təklifi ilə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır.