image-rt-reklam
image-endirme-2backend

Azərbaycan – Türkiyə qardaşlığı sarsılmazdır

image-728x90

Artıq bir neçə gündür ki, Türkiyədə SOCAR-ın İstanbuldakı inzibati binasına hücum edən radikal qrupun kimliyi maraq doğurur.

“Azərbaycan İsrailə neft satır” kimi feyk məlumatlar üzərindən SOCAR-ın İstanbuldakı inzibati binasına hücum edən radikal qrupun nə Türk Birliyi ideologiyasına, nə də İslam fəlsəfəsinə aidiyyatı ola bilməz. Bu adamların dərdi Fələstin də deyil. Sosial şəbəkənin bəzi seqmentlərində SOCAR-ın İstanbuldakı inzibati binasına hücum edən qrupun təxribatçı kəsim olduğu ortaya çıxır. Zatən onların dərdi Azərbaycanın İsrailə xam neft satması iddiası da deyil. Bu təxribatı törədənlərin əsl məqsədi İKİ QARDAŞIN hədəfə alınması, iki türk dövlətinin arasında nifaq toxumu səpmək fikri idi. Amma bu təxribatı planlaşdıranlar yanılmışdı…

Çünki qanı bir, canı bir olan adamları düşmən etmək mümkün deyil. Elə İstanbulda baş verənlərə türk xalqının reaksiyası bunu bir daha sübut etdi.

Bu təxribatı törədənlər yanıldıqlarını yəqin ki, gec anladılar. Bu təxribatı törədənlər burada din amilini, yəhudilərə neft satır amilini qabartmaqla öz istəklərinə nail olmaq istəyirlər. Burada məqsəd bütün Türk dünyasına örnək olan Azərbaycan -Türkiyə qardaşlığına kölgə salmaq, strateji tərəfdaşlığımızın simvollarından birinə çevrilən SOCAR-ı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır.

SOCAR Türkiyədə “Petkim” və “Star Rafineri” kimi iri biznes layihələrinin sahibidir, minlərlə adama iş yeri açan, milyonlarla dollar vergi verən, Türkiyə iqtisadiyyatına böyük dəyər qatan bir şirkətdir. İllərdir Qarabağda müsəlman azərbaycanlıların qətlə yetirilməsinə, məscidlərdə donuz saxlanılaraq təhqir edilməsinə səs çıxarmayan bu bəzi qüvvələr də bu işdə kimlərinsə əlaltısına çevrilib. Din pərdəsi altında bu oyuna qoşulanlar sözsüz  ki, dun adı altında fəaliyyət göstərən qüvvələrin təbliğat maşınının ruporuna çevrildilər.

Bütün bu təxribatların nəticə verəcəyinə ümid edənlər yanıldılar. Çünki eyni soy-kökdən olan bir xalqı düşmən etmək mümkün deyil.

Artıq bütün dünya anlayır ki, Azərbaycan Türkiyə qardaşlığı əbədidir!

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90