Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi, məqsədilə Türkiyənin Azərbaycandakı səfirliyinin və Türkiyə Diyanət Fondunun təşəbbüsü ilə bir qrup jurnalist səhər yeməyi çərçivəsində bir araya gəldilər. Səmimi ortamda keçən görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir jurnalistləri salamlayaraq bu görüşün əhəmiyyətinin olduqca böyük olduğunu qeyd edib. Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık jurnalistləri maraqlandıran sualları cavablandırıb. Daha sonra jurnalistlər Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.
Görüşdən sonra xatirə fotosu çəkilib.