image-2000x150
image-5bb8d0e8-d2e7-4987-ac67-f19129a60ad9backend

Azərbaycan tarixinin ən qara səhifələrindən biri – Xocalı soyqırımı

image-728x90

Həqiqətən də, Azərbaycan tarixinin ən qara səhifələrindən biri – Xocalı qırğınıdır. Deyirlər ki, zaman bütün dərdləri sağaldır. İllər keçir, lakin Xocalı qırğının acı yaraları sağalmır ki, sağalmır və sağalmayacaq da! Çünki hər hansı özünə hörmət edən millət, belə dəhşətli qırğını unutmamalıdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.Bu Azərbaycan xalqına qarşı edilən bir cinayətdir. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.Bu qırğının nəticəsində 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca olmaqlaümumilikdə 613 nəfər həlak oldu, 8 ailə tamamilə məhv edilmişdir.25 uşaq hər iki valideynini itirmişdir, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan,  Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Artıq neçə on illərdir ki, yer üzündə erməni vəhşiliyi və erməni vandallığı öz cinayətlərini davam etdirir. Onların cinayətlərini yalnız faşistlərin cinayətləri ilə müqayisə etmək olar. Xocalı şəhəri bizim millətimizin xatirəsində bir qara yara olaraq qalacaqdır. Qəlbləri damğalamış bu ağrının intiqamı hələ də alınmamışdır. Hər il Xocalı faciəsini yad edən millət, bir daha öz-özünə demək istəyir ki, “Ey millət, bir daha icazə vermə ki, amansız düşmən belə faciə törətsin!”. Xocalı faciəsi bizim millətin tarixinin qara səhifəsi olaraq, millətin özünü dərk etməsində xüsusi rol oynayır. Allah Xocalı şahidlərinə rəhmət eləsin.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respubilkası ərazilərinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı 1993-ci ilin aprelində qəbul etdiyi 822 saylı, iyulda qəbul etdiyi 853 saylı, oktyabrda qəbul etdiyi 874 saylı və noyabrda qəbul etdiyi 884 saylı qətnamələrə Ermənistan dövləti tam etinasızlıq göstərmiş və bununla da beynəlxalq birliyin sözünə məhəl qoymamışdır.

Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həllinin əsas istiqamətləri 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Sammitində dünyanın 53 dövləti tərəfindən bəyənilmiş və dəstəklənmişdir.

Ağaquliyeva Aytac

Nəsimi rayon təhsil işçisi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90