image-rt-reklam
image-1backend

Azərbaycan tarixinin dönüş nöqtəsi: Qələbəmizi bu amillər şərtləndirdi

image-728x90

“27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün tarixi qərar qəbul etdi və Vətən müharibəsinə başladı”.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.

O əlavə edib ki, 2020-ci ilin 12 iyulunda başlayan Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 44 günlün Vətən müharibəsinin başlamasının qığılcımı oldu: “Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün addımlarını atdı. İyulun 12-dən sentyabrın 27-dək Azərbaycan regionda baş verənləri yaxından izləyib və hərbi təlimlər keçirib. Ermənistanın atəşkəsi pozması isə əks-hücum əməliyyatlarının başlamasına səbəb oldu”.

Politoloq əlavə edib ki, Vətən müharibəsi uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi:

“Azərbaycan 27 sentyabrda başlayan və 44 gün davam edən savaşda qələbə qazandı, torpaqlarını azad etdi. Azərbaycan Ordusu qəhrəmancasına döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi, Ermənistanın 30 ildir qurduğu sistemləri darmadağın etdi. Azərbaycanın bu müharibəni 44 gün ərzində bitirməsi taktika və strategiya baxımından çox uğurlu idi. Bu prosesdə Azərbaycan xalqı həmrəylik göstərdi. Bu müharibədə Azərbaycanın BMT-nin qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü təmin etdi”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90