ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uols Azərbaycanın İbrahim sazişlərinə qoşulma potensialını açıqlayıb. O, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib.
“Azərbaycan təkcə Birləşmiş Ştatlarla yaxınlaşmağa deyil, həm də potensial olaraq Ermənistan və İsraillə razılaşmalar əldə etməyə çalışır. Bu, Amerika biznesləri üçün nəinki geniş kommersiya imkanları açacaq, həm də geosiyasi mənzərəni dəyişəcək”, – Vals bildirib.
Dinləmə Uolsun ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyi ilə bağlı olub. O, əvvəllər Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb, lakin “Signal” mesajlaşma proqramında müzakirə edilən gizli hərbi planla bağlı insidentdən sonra vəzifəsindən uzaqlaşdırılıb.
İbrahim Sazişləri ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə bir sıra ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra sazişlərdir. Vaşinqtonda regional əməkdaşlığın gücləndirilməsinə marağın artması fonunda yeni dövlətlərin bu təşəbbüsə qoşulması fəal müzakirə olunur.haqqin.az