image-2000x150
image-img-20230213-wa0034backend

Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir

image-728x90

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Fevral ayının 6-ı Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bütün dünyanı dəhşətə gətirdi. Çoxsaylı insanın ölümü və xəsarət almasına səbəb olan təbii fəlakətlə bağlı artıq neçə gündür ki bir çox ölkələr Türkiyəyə yardım etmək üçün səfərbər olub. Onlarla ölkə zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları, tibbi briqadalar və humanitar yardım göndəriblər. Hazırda yardım kampaniyası davam etdirilir. Bu çətin məqamda qardaş ölkəyə yadımda təbikidə bizdə öz köməyimizi əsirgəmədik.
Fevral ayının 6-dan etibarən qardaş ölkəyə humanitar yardım göndərilir. Bu yardımda yalnız dövlət müəsəlləri və qurumlar deyil Azərbaycan xalqı əlindən gələn köməyi edir və etməkdədir. Kasıb , varlı demədən hər kəs dağıntılar altında qalan çarəsiz insanlar üçün yardımlara dəstək olur. Yardımlarda bəlkədə də elə insanlar varki göndərdiyi yardıma özünün ehtiyacı var lakin mərd xalqım özünü düşünmədən orda qalan çarəsiz, köməksiz insanların yardımı üçün əlindən gələni edir. Bu xalqımızın qardaşlıq nümunəsidir. Bütün dünya bir daha şahid oldu ki, Türkiyə xalqı bizim qardaşımızıdır, bir dövlət və xalq kimi hər məqamda, çətin və yaxşı günlərdə bir birimizin yanında olacağıq.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Pənahova Suma YAP üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90