2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 9.4% artaraq 1 milyard 23 milyon 707 min manata çatıb.
Ulusal.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 38.3% artaraq 553 milyon 746 min manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 9 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 42.8 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 54 manat olub.