Bu gün Bakıda JW Marriot otelində Baku Travel Baazar tədbiri çərçicvəsində Azərbaycan Sağlamlıq və Termal Turuzminə Dəstək Assosasiyasıyasının idarə heyətinin sədri Ruslan Quliyev ilə Gürcüstan Turizm Assosasiyyasının sədri xanım Natalie Kvaçantiradze arasında üzünmüddətli əməkdaşlıq memorandumunun imzalanması mərasimi reallaşıb.
Mərasim zamanı ikitərəfli görüş keçirilib və 2025-2026-cı illər üçün qarşılıqlı fəaliyyət planı müzakirə olunub. Görüşdə həmçinin, idarə heyətinin üzvləri Nəzər Eminov və Ceyhun Aşurov, Gürcüstan tərəfdən isə Nino Çumburidze( Nino Chumburidze) Gürcüstan Spa Velnes və Tibbi turizm komitəsinin rəhbəri iştirak edib.
Bu Əməkdaşlıq Memorandumu Azərbaycan və Gürcüstan arasında turizmin inkişaf etdirilməsinə kömək etmək, turizm təşkilatları arasında əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm potensialını xarici ölkələrdə tanıtmaq və Cənübi Qafqazda sərhədyanı turizmi təbliğ edərək, ortaq turizm məhsullarının yaradılmasını təmin etməkdən ibarətdir.
Həmçinin, məqsəd- beynəlxalq təcrübəni öyrənmək, treninqlər keçirmək , beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini qurmaq, birgə daxili və xarici infoturlar təşkil etmək və bu istiqamətdə tərəflərin müvafiq birgə inkişaf proqramlarını hazırlamaq,turizm fəaliyyətinin inkişafına yönələn lahiyələrin hazırlanması və həyata keçirilməsi sahəsində əməkdaşlıq etmək, eləcədə, sağlamlıq turizmi, ekoturizm, işgüzar turizm və digər alternativ turizm növlərinin təbliğ və reallaşdırılmasına töhvə verməkdən ibarətdir.
Xatırladaq ki, Baku Travel Baazar sərgisi Qafqazın ən böyük turizm tədbirlərindən biridir.