image-rt-reklam
image-1backend

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə

image-728x90

Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri ölkələrimi arasında münasibətlərin yeni mərhələsi sayıla bilər. Belə ki, Bakıda aparılan danışıqlar və əldə olunan razılaşmalar strateji tərəfdaşlığın gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək. Liderlər görş zamanı dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdilər. Dövlət başçımızın da bəyan etdiyi kimi, bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. Ümumiyyətlə, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malik olmaqla yanaşı, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Prezidentlərin Birgə Bəyanatı daxil olmaqla Bakıda qəbul edilən sənədlər münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqlədi. Tərəflər 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsindən məmnundur. Nümayəndə heyətlərinin tərkibi isə dövlətlərarası strukturların fəaliyyət sferasının genişliyinin əyani göstəricisidir.

Rusiya da dünyanın və regionun ən böyük ölkələrindən biri, eyni zamanda BMT TŞ-nin 5 daimi üzvündən biri kimi dünya nizamında öz yerini qoruyub saxlayır. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqlu və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında inkişaf etməkdədir.

Dövlət başçıları bir daha iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdilər. Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaş kimi, iqtisadi əlaəqələri daha da inkişaf etdirməyi hədəfləyib. Dövlət başçıları həmçinin regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə etdilər. Ötən ilin sentyabrında – Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarından sonra regionda tamamilə yeni şəraitin yarandığını nəzərə alsaq, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülh üçün yeni imkanlar yaranıb və bğlgə dövlətləri bu fürsəti əldən vermək istəmir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Kreml isə hesab edir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir. Bu baxımdan Rusiya Prezidenti ölkəsinin gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcəyini bəyan etdi. Moskva eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına da kömək etməyə hazırdır.

Azərbaycan dünyada dialoq məkanı öz mövqeyini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi qarşıdurmanın sülh yolu ilə həllində Rəsmi Bakının imkanlarından istifadə oluna bilər.

Bir sözlə, Rusiya-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti də göstərir ki, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasət sayəsində Rəsmi Bakı qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə nail olub. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha möhkəmləndirir.

Könül Nurullayeva

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90