image-rt-reklam
image-img-20241102-wa0001backend

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

image-728x90

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edildi. Daha sonra Azərbaycan bayrağının dəyişdirilməsi ideyası yarandı. Türkçülük, İslamçılıq və Müasirlik ideyalarını özündə əks etdirən üç rəngli ay ulduzlu bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı kimi ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edildi və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırıldı. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin açılışı zamanı üç rəngli Azərbaycanın bayraqı Parlament binası üzərində qaldırıldı. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

Üç rəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Bu müqəddəs Bayraq altında birləşən xalqımız 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı 44 günlük Vətən Müharibəsində işğal altından azad etdi. Dövlər bayrağıçız bu gün azad etdiyimiz torpaqlarımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında, Xankəndi, Ağdərə, Xocalı, Xocəvənddə dalğalanır. Minlərlə Azərbaycan oğlu bu müqəddəs Bayraq uğrunda canını fəda etdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs, əziz və əvəzolunmaz olan bayrağımızı işğaldan azad olunmuş rayon və şəhərlərimizdə qürurla ucaltmışdır.

Bayraqları bayraq yapan üstündəki qandır,
Bir torpaq əgər uğrunda ölən varsa, Vətəndir!

İlqar Əliyev –Dövlət İdarəçilik Akademiyası

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90