image-rt-reklam
image-4backend

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

image-728x90

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.
Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanan ilk Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Həmin gündən   başlayaraq 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyev deyirdi:  “Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.
Müstəqil Azərbaycan Respublikası öz banisi və qurucusunun ölməz siyasi kursuna daim sadiqdir. Ulu öndərin layiqli siyasi varisi, Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyevin ölkədə qanunçuluğun möhkəmləndirilməsi və cəmiyyətdə ümumbəşəri dəyərlərin tanınması bazasında kompromis və konsensusun yaradılması istiqamətində geniş və ardıcıl fəaliyyəti gənc müstəqil respublikamızı nüfuzlu dövlətlər sırasında önəmli yerə çıxarmışdır. Bu baxımdan, Konstitusiyamızın hüquq müdafiə sferası – qanunçuluğun təkmilləşdirilməsi, Konstitusiyaya düzəlişlər aparılması qaydaları, nəzarət-yoxlama tədbirləri, müdafiə tədbirləri, məsuliyyət tədbirləri getdikcə ictimai həyatın bütün qatlarına, cəmiyyətin bütün təbəqələrinə nüfuz edir və ictimai birgəyaşayışın və fəaliyyətin hüquqi sabitliyinin əsasına çevrilir.
Bu gün ölkəmiz əsl demokratiya, ümumi rifah və azadlıq məkanı kimi yaşayır və inkişaf edir.

Türkan Cümşüdova – politoloq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90