image-rt-reklam
image-3backend

Azərbaycan Polisinin yaradılmasının 106-cı ildönümü Daşkəsəndə qeyd olunub -FOTOLAR

image-728x90

İyulun 2-də Azərbaycan Polisi Günü münasibəti ilə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Müəmmədov, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev, Daşkəsən rayon prokuroru Şahin İmanov, Daşkəsən Rayon Məhkəməsinin sədri Kənan Vəliyev, polis veteranları, ictimaiyyət nümayəndələri Rayon Polis Şöbəsinin şəxsi heyəti ilə birgə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzüblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında başda Daxili İşlər naziri, general-polkovnik hörmətli Vilayət Eyvazov olmaqla polis orqanlarında çalınan bütün əməkdaşları, o cümlədən Daşkəsən Rayon Polis Şöbəsinin şəxsi heyətini Azərbaycan Polisi Günü münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından səmimi qəlbdən təbrik edib, onlara məsul və şərəfli fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev çıxışında Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin şərəfli polis peşəsinə olan hörməti və güvəni haqqında söz açıb. O, yarandığı gündən daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu, sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət apardığını diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını qorumağa, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsini həyata keçirməyə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.
Digər çıxış edənlər də Azərbaycan polisinin tarixindən, qazandığı nailiyyətlərdən danışaraq peşə bayramı günü münasibətilə xoş arzularını çatdırıblar.
Sonda xatirə şəkli çəkilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90