image-rt-reklam
image-1backend

“Azərbaycan ordusu hər bir təhdidə cavab vermək gücündədir” – Politoloq

image-728x90

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı verdiyi mühüm bəyanatla ölkənin gündəminə yeni təhlükəsizlik mesajı əlavə etdi. Dövlət başçısı çıxışında bildirdi ki, Azərbaycan regionda davamlı sülh tərəfdarı olsa da, istənilən an yenidən müharibəyə hazır olmalı və bu istiqamətdə bütün zəruri addımlar ardıcıl şəkildə atılmalıdır.

“Azərbaycan prezidentinin qeyd etdiyi kimi bizə hər zaman güclü ordu lazımdır. Dövlətin təməlini qoruyan onun ordusudur. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu nəyə qadir olduğunu bir daha bəyan etdi”– bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki,  biz sülh istəyirik, sabitlik istəyirik, lakin bu o demək deyil ki, ayıq-sayıqlığı əldən verməliyik.

“Geosiyasi mühitdə baş verən proseslər, bəzi xarici dairələrin təxribatçı siyasəti və regionda yaranan gərginliklər fonunda Azərbaycan müdafiə qabiliyyətini daim yüksək səviyyədə saxlamalıdır. Bu baxımdan, güclü ordu formalaşdırılması milli təhlükəsizlik strategiyamızın əsas sütunlarından biridir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan hər zaman öz hərbi qüdrətini artırmalı, ordusunun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün müasir texnologiyalara, təlimlərə və hərbi sənayenin inkişafına önəm verməlidir. Azərbaycan, eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik mühitinə çevik reaksiya verə bilən, döyüş şəraitinə tam hazır və texnoloji üstünlüklərə malik bir ordu qurmaq əzmindədir. Bu yanaşma dövlətin strateji hədəflərinin tərkib hissəsidir və milli maraqların qorunmasında əsas rol oynayır. Azərbaycanın müharibə istəyi yoxdur, lakin müharibəyə hər zaman hazır olmaq zərurətini nəzərə alaraq, dövlətimiz güclü və çevik ordu quruculuğu siyasətini ardıcıl şəkildə davam etdirir. Bu isə həm ölkə daxilində sabitliyin, həm də regionda sülh və təhlükəsizliyin əsas təminatıdır.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90