image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Azərbaycan ordusu addım-addım hədəflərinə doğru addımlayır” -Arzuman Muradlı

image-728x90

“Bu son günlərdə ordumuzun çox ciddi uğurları olub. Məlum səbəblərdən bu uğurlar çox da reklam olunmadı. Amma belə məlum oldu ki, Azərbaycan ordusu Ermənistandan  Qarabağa gedən bütün yolları, xüsusən də Laçın dəhlizini tamam nəzarətə götürüb.” -Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki, bu, qətiyyən sıradan bir hadisə deyil, ermənilərin  Qarabağ hərbi teatrının taleyini birdəfəlik həll edən hadisələrdən biridir.

“Artıq yeni yolumuz var. Xankəndidəki erməni hərbi birləşmələri tamamilə tərksilah ediləcək. 30 il idi ki, biz bu münaqişənin sülh yolu ilə həlli üçün çalışırdıq. Dövlətimiz müharibə olmasını istəmirdi. Ermənilər isə həmişəki kimi öz ampulalarında idilər. Bu otuz ildə dövlət qurmaq, ordu yaratmaq, iqtisadi cəhətdən ayağa qalxmaq, işğal altında olan torpaqlarımızı azad etmək üçün keçiriləcək hərbi əməliyyatlardan ötrü siyasi-diplomatik fon yaratmaq lazım gəldi… Bütün bunlar arxadadır və Azərbaycan ordusu addım-addım hədəflərinə doğru addımlayır. Düzdür, son uğurlara Ermənistanın və Rusiyanın reaksiyalrı hələ tam bəlli deyil. Amma onların nə reaksiyası ola bilər ki? Üç il bundan əvvəl əldə olunmuş Noyabr razılaşmalarının şərtlərinə əməl olunmur, erməni silahlı birləşmələri Qarabağdan çıxmaq əvəzinə Ermənistandan separatçı bölgəyə silah-sursat daşınır və burada bölgədəki rus sülhməramlılar mühüm rol oynayırdılar. İndi demək çətin məsələdir ki, rus sülhməramlılarının bu məsələ də motivi nə idi? Bunu onlara Kreml tapşırırdı, yoxsa bütün bunlar karlı pulun müqabilində edilirdi? Bir sözlə indi bizim sözümüz keçərlidir və biz tezliklə bütün Qarabağda Azərbaycan bayrağını dalğalandıracayıq” – deyə Arzuman Muradlı bildirib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90