image-2000x150
image-fb_img_1683472939266backend

Azərbaycan nümayəndə heyəti Mehdi Hüseynzadənin abidəsini ziyarət etdi – FOTOLAR

image-728x90

Mayın 3-5-də həmkarlarım – Azərbaycan–Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev və Rafael Hüseynovla birgə xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sloveniyada, xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 105 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etdik. Tədbirin açılış mərasimi Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsində keçirildi. Mehdi Hüseynzadənin qəhrəmanlığı haqqında məlumatlar onun ölümündən 13 il sonra cəmiyyətə açıqlanıb. Mixayloya “Sovet İttifaqı Qəhrəmanı” adı 1957-ci ildə verilib. Onun haqqında həqiqətlərin üzə çıxmasında və faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığın təbliğində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. Prezident İlham Əliyevin tapşırığı ilə 2007-ci ildə əfsanəvi kəşfiyyatçının bu kənddə abidəsi, daha sonra isə onun xatirəsinə muzey yaradılıb. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türkün birgə iştirakı ilə açılmış memorial muzey Mixaylonun Azərbaycan və Sloveniya arasında dostluğun rəmzi olduğunun göstəricisidir.
Sloveniya xalqı və rəsmiləri Mixaylonun uzaq bir ölkədən gələrək Sloveniyanın azadlığı uğrunda mübarizədə iştirakı və gənc ömrünü sloven xalqı naminə fəda etməsini olduqca yüksək qiymətləndirirlər. Bunu Mixaylonun xatirəsinə göstərilən həssaslıq və diqqətdən hiss etmək olar. Səfər çərçivəsində Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkdik, onun ömrünün son dəqiqələrini keçirdiyi ərazidə yerləşən xatirə lövhəsi önünə əklil qoyduq.
Trnovo Memorial Parkında İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsinə memorial lövhə ucaldılıb. Mehdi Hüseynzadə isə Çepovan məzarlığında dəfn olunub. Allah rəhmət etsin!

Elnur Allahverdiyev

Millət vəkili

image-fb_img_1683472946733 image-fb_img_1683472939266 image-fb_img_1683472934837 image-fb_img_1683472931013 image-fb_img_1683472925046 image-fb_img_1683472922412 image-fb_img_1683472919702 image-fb_img_1683472916810 image-fb_img_1683472913728

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90