image-rt-reklam
image-1backend

Azərbaycan niyə turizm sahəsində Gürcüstandan geri qalır? – İLGİNC SƏBƏBLƏR

image-728x90

“Gürcüstanın turizm gəlirləri 2023-cü ildə 2019-cu illə müqayisədə 26,2% artaraq 4,1 milyard dollara çatıb. Bizim isə 2019-cu ildəki turist sayına çatmağımıza hələ 1,2 milyon turist qalıb (2019 – 3,2 milyon, 2023 – 2 milyon). Beləliklə, regional rəqibimiz Gürcüstana turizm üzrə çatmaq istədiyimiz halda, Gürcüstan bizdən daha da uzaqlaşır”.

Bu fikirləri  iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

O əlavə edib ki, bunun əsas səbəbləri təkcə turizmlə deyil, iqtisadiyyatın digər sektorlarındakı fərqdən yaranır:

“Misal üçün, Gürcüstanda quru sərhədlərinin bağlı deyil, Gürcüstan larisi manatdan daha ucuzdur (Turizm ucuz valyutanı sevir). Gürcüstanda regional turizmin inkişafında, maliyyələşmənin önəmli olduğu üçün kreditləşmədə Tbilisinin payı 77%, rayonların payı 0,1-0.6 % deyil. Buna görə də aşağı ulduzlu hotellər, digər turizm infrastrukturu inkişaf edir. Gürcüstanda regiondakı hoteldə bizim kimi ucuz fabrik yumurtası vermirlər. Çünki hotellərdən yumurta sertifikatı tələb edilmədiyinə görə otel kənddə yaşayan Georgi kişinin həyətindən yığdığı yumurtaları ondan alıb, turistlərə yedirə bilir. Nəticədə, turist də məmnun qalır, otel də, üstəlik ev təsərrüfatları da turizmlə parallel inkişaf edir.

Gürcüstanda Tamara arvadın bağındakı tutdan doşab, üzümdən şərab hazırlayıb rahat şəkildə gələn turistlərə satır. Kimsə gəlib ondan xərc və uzun proseduralarla əldə edilən sertifikat tələb etmir. Yəni kəndli öz məhsulunu emal etməsi və satması üçün Himalay dağını aşmalı olmur. Beləcə bütün kənd camaatı da dolanır, turistlər də məmnun qalır və növbəti ilə yenə gəlir, özü ilə də yeni turistlər gətirir”.

Ekspert turizmin inkişafına mane olan digər məsələlərə də toxunub:

“Tutaq ki, sərhədlərin bağlı saxlanılması turizmə mənfi təsir etsə də, dövlətin müəyyən strateji maraqları səbəbindən onu bağlı saxlamaq mütləqdir. Ya da ölkədə makroiqtisadi sabitlik üçün manatın məzənnə stabilliyi qorunmalıdır. Bunlar aydındır, bunlara dəymək olmaz. Bəs, o biri məsələlər? Turizmə və regional inkişafa dəstək ola biləcək alətlər çox olmasa da, amma mövcuddur. Bunu aşkar etmək üçün xüsusi tədqiqata gərək yoxdur. Sadəcə qonşuda uğurlu olan modelləri milli konseptə uyğunlaşdıraraq tətbiq etmək lazımdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90