image-2000x150
image-1681807068_342200190_1394932291346122_4795633144949212325_nbackend

Azərbaycan namuslu, qeyrətli, millətçi bir polis generalını itirdi…

image-728x90

Dəyərli dostlar , bir kədərimi Sizinlə bölüşmək istəyirəm. Mən özümü çox xoşbəxt adam hesab edirəm. O mənada ki , Azərbaycanın azadlığı uğrunda gedən şərəfli mübarizə tarixində əsl KİŞİLƏRLƏ ( aralarında dönüklər olsa da ) çörək kəsmişəm , dostluq etmişəm.
Deməli , bu gün fəsadüfən lent.az saytından sabiq DİN Abdulla Allahverdiyevin 14 aprel 2023 – cü ildə Türküyədə müalicə aldığı xəstəxanada vəfat etdiyini öyrəndim. Çox üzüldüm. Azərbaycan namuslu , qeyrətli , millətçi bir polis generalını itirdi.

Rəhmətliklə 1992 – ci ilin noyabrinda tanış olmuşdum. Bakıya mərhum nazir İ. Həmidovun yanına gəlmişdim. Cəbrayıl üçün lazım olan silah – sursatı aldıqdan sonra kiməsə zəng etdi və dedi :
– Abdulla bəy , Cəbrayıllı Vaqif Əlisoy haqda yəqin eşitmisən. İndi mənim yanımdadır. Nazirlikdən lazım olanları mən təşkil etmişəm. Bir az əsgərlərimiz üçün ərzaq da Siz kömək edin.
Telefon dəstəyini yerə qoyub üzünü mənə tutdu:
– Ketsxoveli küçəsində yerləşən BŞBPİ -nə get. Rəis Abdulla Allahverdiyev səni gözləyir. Əsl KİŞİLƏRDƏNDİR. Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin oğludur. Peşəkar polisdir. Ən inandığım adamdır.
Nazirlikdən BŞBPİ – gəldim. Gəlişimi rəisə xəbər verdilər. Məni elə kabinetinin qapısında qarşıladı. İçəri keçdik. Bölgədəki vəziyyətlə maraqlandı. Sonra bir nəfəri içəri dəvət edib dedi :
– Mənim şəxsi mühavizəçimdir . Cəbrayılın Qaracallı kəndindəndir. Adı da Nasimdir.
Tanış olduq. Sonra bir maşın ərzaqla məni Cəbrayıla yola saldı. İsgəndərdən sonra nazir oldu. Hər dəfə Bakıya gələndə görüşərdik.
Sonuncu görüşümüz dostum Qurban Məmmədovun oğlunun toyunda oldu. Həbsxana yoldaşım ağdamlıların Qərvənd Camal adlandırdığı Camal Əhmədovla ( Allah şəfasın versin) bir masada oturduq. Xatirələrimizi bölüşdük və mən dedim :
– Abdulla müəllim , ölüm – itim dünyasıdır , bəlkə, bir xatirə şəkli çəkdirək.
– Sizin kimi KİŞİLƏRLƏ şəkil çəkdirmək mənə xoşdur ,- dedi.
Bax bu şəkil həmin toydan bir xatırədir.( solda Camal Əhmədov , sağda Abdulla Allahverdiyev)
Allah sənə rəhmət etsin , Abdulla müəllim ! Ruhun şad , məkanın cənnət olsun!

Vaqif Əlisoy, Qarabağ qazisi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90